Ağdaşda baş verən yol qəzasında biri azyaşlı omaqla, 4 nəfər ağır xəsarət alıb

Ağdaşda baş verən yol qəzasında biri azyaşlı omaqla, 4 nəfər ağır xəsarət alıb
15:12 17 İyul 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 17 iyul. REPORT.AZ/ Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomobil yolunda, Türyançay körpüsü yaxınlığında baş verib.
Hadisə zamanı “Qazel” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub.
Nəticədə “VAZ 2107”də olan sürücü və 3 sərnişin ağır bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı yaralanan sürücü, 1994-cü il təvəllüdlü Yevlax rayon Quşçu kənd sakini Bəşirli Bəhruz Rafiq oğlu reanimasiya şöbəsinə yerləşdirilib.
Digər yaralılar 1993-cü il təvəllüdlü Qəbələ sakini Şükürov Tural Sahib oğlu, 2013-cü il təvəllüdlü Qəbələ rayonu Savalan kənd sakini Məhərrəmov Yusif Tarzan oğlu və 1991-ci il təvəllüdlü Məhərrəmova Güldanə Sahib qızıdır.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan azyaşlının vəziyyəti daha ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-bas-veren-yol-qezasinda-biri-azyasli-omaqla-4-nefer-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR