"Moskvanın "polojeniyasına" baxır" - Xatundan Rəqsanəyə

"Moskvanın "polojeniyasına" baxır" - Xatundan Rəqsanəyə
15:32 17 İyul 2017
103 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova Xatun Əliyevanı Moskva toylarından uzaqlaşdırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Xatun "ATV maqazin onlarla" verilişində deyib.

O, Rəqsanə haqda danışmağı ona qadağa qoyduqlarını söyləyib:

"Bu insanın adını çəkmək istəmirəm. Mənim getdiyim yerlərdə, efirlərdə də yoxdur. Bir nəfər Moskvanın "polojeniyasına" baxır. Qoy, onlar elə Moskvada qalsınlar. Kim kimə pislik edirsə, qarşısına çıxır. Həyat bumeranqdır, analar edir balalar çəkir. Hər kəsin deyiləcək sözü, cavabı var. Hamını yaxşı tanıyıram. Onun haqqında danışmağı mənə qadağa qoyublar. Az yaşım yoxdur, istəmirəm desinlər ki, Xatun yenə başladın? Anam, oğlum, qardaşım, bacıma görə uzaq dururam".

Qeyd edək ki, Xatun Rəqsanənin onun toyunu əlindən aldığını demişdi. Rəqsanə isə cavabında bunları söyləyib:

"Bəziləri deyir, Rəqsanə toyumuzu əlimizdən aldı. Demək istəyirəm, Moskvaya təzə-təzə gəlirsiniz. Dostum var, bir zəngim kifayət edər. İstəmirəm Moskvaya yolunuz indidən kəsilsin. Moskva mənlikdir". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/564104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR