Prezident Raymonds Veyonis: “Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır”

Prezident Raymonds Veyonis: “Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır”
16:27 17 İyul 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyul. REPORT.AZ/ “Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır”.
“Report”un xəbərinə görə, bunu Latviya Prezidenti Raymonds Veyonis bildirib.
“Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər – təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək”, - deyə Latviya Prezidenti qeyd edib.
İkitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olduğunu vurğulayan Prezident Raymonds Veyonis bildirib: “Biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-raymonds-veyonis-azerbaycan-latviyanin-muhum-terefdasidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR