Hesablama Palatası Sumqayıt Dövlət Universitetində qanunsuzluqlar aşkarladı

Hesablama Palatası Sumqayıt Dövlət Universitetində qanunsuzluqlar aşkarladı
16:33 17 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan verilən məlumata görə, universitetin gəlirləri 2014-cü ildə 6 mln. 332,1 min manat, 2015-ci ildə 7 mln. 375,3 min manat, 2016-cı ildə 9,174 mln. manat, xərcləri müvafiq olaraq 5 mln. 690,3 min manat, 6 mln. 858,9 min manat və 8 mln. 418,7 min manat olub.

2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı 1394 nəfər və ya 74,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 100 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1294 nəfər təşkil edib. Tələbə qəbulu planı Ekologiya mühəndisliyi" ixtisası üzrə 100% yerinə yetirilsə də "Riyaziyyat" ixtisası üzrə 23,3%, "İnformasiya texnologiyaları" ixtisası üzrə 10%, "Psixologiya" ixtisası üzrə 20% yerinə yetirilib, "Kimya", "Biologiya" və "Müsiqi müəllimliyi" ixtisasları üzrə isə tələbə qəbulu olmayıb.

Tələbə qəbulu planı 2014/2015 tədris ilində 36 ixtisas üzrə 1385 nəfərə qarşı 1242 nəfər və ya 89,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 80 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1162 nəfər, 2015/2016 tədris ilində 41 ixtisas üzrə 1695 nəfərə qarşı 1348 nəfər və ya 79,5% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 87 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1261 nəfər təşkil edib.

Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 2014/2015 tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya 64,9% (dövlət sifarişi 30 nəfər, ödənişli təhsil üzrə 83 nəfər), 2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7% (dövlət sifarişi 35 nəfər, ödənişli təhsil üzrə 73 nəfər), 2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7% (dövlət sifarişi 18 nəfər, ödənişli təhsil üzrə 82 nəfər) yerinə yetirilib.

Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən universitetdən xaric edilmiş, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib, bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.

Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmayıb və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilib, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyərək cari təmir xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin dəyərinə əlavə edilməyib, maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın bəzi tələbləri gözlənilməyib, təsərrüfat fəaliyyətinin nəticələri bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, həmçinin görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Təhsil Nazirliyinə və Sumqayıt Dövlət Universitetinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri üzrə Milli Məclisə məlumat göndərilib. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aİ nümayəndəliyinin yeni rəhbəri Bakıya sentyabrın ilk yarısında gələcək

24 Avqust 2017 12:52

Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək

24 Avqust 2017 12:52

Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

24 Avqust 2017 12:52

Lev Leşenko: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

24 Avqust 2017 12:47

Fazil Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:47

Cəlilabadda 4 otaqlı ev yanıb

24 Avqust 2017 12:44

İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:42

BAKI: Əcnəbi vətəndaşın çantası oğurlandı

24 Avqust 2017 12:42

Bir nəfər göldə batdı - Neftçalada

24 Avqust 2017 12:39

Naz qol vuran futbolçunu otelə dəvət etmişdi

24 Avqust 2017 12:37

Dünyada ən sürətli smartfon bəlli olub

24 Avqust 2017 12:35

Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilməyib

24 Avqust 2017 12:32

39 dərəcə isti olacaq - SABAH

24 Avqust 2017 12:29

Yağış yağacaq, şimşək çaxacaq

24 Avqust 2017 12:29

DİM test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

24 Avqust 2017 12:28

Vergilər Nazirliyi ƏDV ilə bağlı qərarında dəyişiklik edib

24 Avqust 2017 12:27

Sabah rayonlarda şimşək çaxacaq, yağış yağacaq

24 Avqust 2017 12:22

Ermənistanda gərgin siyasi vəziyyət

24 Avqust 2017 12:21

Xuraman Fatimə ilə qalmaqalından danışdı: “Arada söz gəzdirənlər...”

24 Avqust 2017 12:19

Türkiyəli ginekoloqdan tez hamilə qalmaq üçün QƏRİBƏ ÜSUL

24 Avqust 2017 12:18

Bakıda maşından 3400 manat oğurlanıb

24 Avqust 2017 12:17

ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır

24 Avqust 2017 12:17

Qarabağ münaqişəsinin həllinə dair 6 element - Amerikalı həmsədrdən AÇIQLAMA

24 Avqust 2017 12:14

Qadınlar niyə "pis" oğlanları seçir?

24 Avqust 2017 12:14

Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub

24 Avqust 2017 12:12

Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb

24 Avqust 2017 12:12

Avropa İttifaqının Azərbaycana yeni səfiri təyin olunub

24 Avqust 2017 12:09

Bu da Ayanın Türkiyədəki DƏBDƏBƏLİ EVİ - FOTO/VİDEO

24 Avqust 2017 12:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı - FOTO

24 Avqust 2017 12:07

Gəncədə "Tarixlə addımla!”

24 Avqust 2017 11:58

Məhkəmə qətldə ittiham edilən şəxsə bəraət verdi

24 Avqust 2017 11:58

Qənirə Paşayeva: "Qurban Qurbanovla danışdım və..."

24 Avqust 2017 11:57

Dövlət Statistika Komitəsi açıq tender elan edib

24 Avqust 2017 11:57

SOCAR Gürcüstana 65 ton yanacaq verib

24 Avqust 2017 11:54

Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - “Halluks valgus”

24 Avqust 2017 11:53

Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib

24 Avqust 2017 11:52

"Kim bahalı brilliant alsa, ona ərə gedəcəm"

24 Avqust 2017 11:52

Avtobusda dava düşdü, sərnişin sürücünü...

24 Avqust 2017 11:50

İŞİD bu ölkə üçün yeni qətliam söz verdi - VİDEO

24 Avqust 2017 11:48

Lalə Məmmədova solo konsert verəcək

24 Avqust 2017 11:48

Abşeronda dostlarını öldürən şəxslərdən birinin cəzası azaldılıb

24 Avqust 2017 11:47

Deputatdan şok açıqlama: "Qarabağ" məni maraqlandırmır"

24 Avqust 2017 11:47

Yataqxanada yanğın: 30 nəfər təxliyə edildi

24 Avqust 2017 11:44

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib

24 Avqust 2017 11:42

Qaliblərin Bakıda qarşılanması

24 Avqust 2017 11:42

İki nəfəri cərəyan vurub

24 Avqust 2017 11:39

"Qalatasaray"dan "Qarabağ"a təbrik: "Qürur duyduq"

24 Avqust 2017 11:37

Abşeronda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

24 Avqust 2017 11:37

Rus şərhçi Azərbaycanı təhqir etdi: "Klubu qonşu ölkədən olan..."

24 Avqust 2017 11:37

Böyük Britaniyada ən kiçik robot cərrah hazırlanıb

24 Avqust 2017 11:35