Bakı - APA-Economics. “Rabitəbank”ın biznes müştərilərinin inkişafına dəstək olmaq üçün verilən mikro kredit məhsulu olan "Upgrade your business" layihəsi 2014-cü ilin dekabr ayında " Print & Outdoor" və "Print & Outdoor / Craft" kateqoriyasında iki gümüş mükafata layiq görülüb.
Bankın məhsulu Orta Asiya və Azərbaycan üzrə kreativlik reytinqlərində orta mövqedə yer alıb.
“Rabitəbank” “Black Brothers Group” şirkətinə əməkdaşlıq üçün minnətdarlığını bildirir.