Döymə ilə bağlı fitva

Döymə ilə bağlı fitva
16:53 8 Yanvar 2015
535 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Türkiyə Diyanət İşləri Başqanlığı insan bədəninə vurulan döymələrlə bağlı fitva verib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, fitvaya əsasən bədəninə döymə etdirənlər Allahdan bağışlanmalarını diləməlidirlər.

Fitvada deyilir: "İslam döyməni qadağan edir. Vücudunda döymə olan şəxs onu sağlığına zərər vurmadan aradan qaldırmalıdır. Bu, mümkün deyilsə, Allahdan bağışlanmasını diləməlidir".

O da bildirilir ki, müvəqqəti döymələr qüsl və dəstəmaza mane olur: "Yapışdırma yolu ilə dəri üstünə vurulan döymə suyun dəriyə təmas etməsinə mane olduğundan qüsl və dəstəmaza əngəl törədir. Qalıcı döymə isə suyun dərinin alt qaltına təmas etməyəcək təbəqə yaratmadığı üçün qüsl və dəstəmaza mane törətmir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2351121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR