Raymonds Veyonis: "Latviya ilə Azərbaycan arasında fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik"

Raymonds Veyonis: "Latviya ilə Azərbaycan arasında fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik"
21:17 17 İyul 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Latviya Prezidenti Raymonds Veyonis bu gün Latviya-Azərbaycan biznes forumunda çıxışında deyib.

Dövlət başçısı bildirib: "Xoş gördük əziz dostlar. Mən sizi Riqada Latviya-Azərbaycan biznes forumunda salamlayıram. Mənim bir neçə dəfə Azərbaycana səfər etmək, zəngin ənənələri olan bu ölkənin insanlarını tanımaq fürsətim olub. Bu ilin martında Bakıya səfərim yaxşı yadımdadır. Biz cənab Əliyevlə görüşərək Latviya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığı müzakirə etmişik. Mən vurğulamaq istəyirəm ki, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik. Bunu dövlətlərimizin nümayəndələrinin tez-tez səfərləri, habelə çoxlu sayda yüksək səviyyəli tədbirlər, nəqliyyat, tikinti, təhsil və elm sahələrində imzaladığımız müqavilələr təsdiq edir. Biz çox iş görmüşük. Amma hələ qarşıda daha çox iş var. Biz qarşıya iddialı məqsədlər qoymalı və imkanlardan tam istifadə etməliyik. Bu, xüsusən məhsulumuzun Azərbaycana ixracının təşviqinə, habelə informasiya texnologiyaları, əczaçılıq, turizm, o cümlədən müalicəvi turizm sahələrində əməkdaşlığa aiddir. Latviyada yüksək inkişaf etmiş kommersiya bankları şəbəkəsini nəzərdə tutaraq biz peşəkar və müasir maliyyə xidmətləri təklif edə bilərik".

Latviya Prezidenti qeyd edib ki, eyni sözləri nəqliyyat sahəsi haqqında da demək olar: "Latviya çox əlverişli coğrafi mövqeyə malikdir. Ölkəmizdə nəqliyyat infrastrukturu inkişaf edib. Donmayan limanlar, dəmir yolları, aeroportlar bizi Baltik regionu üçün mühüm nəqliyyat qovşağına çevirib. Artıq bu gün Azərbaycan nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır və biz burada əməkdaşlıq üçün, xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin inkişafında böyük iqtisadi potensial görürük. Biz Latviya ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafına kömək edəcək müntəzəm hava nəqliyyatına böyük maraq göstəririk. Sahibkarlıq fəaliyyəti turizmin inkişafının yaxşı təməli olacaq. Biz iqlim dəyişmələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Bizim ekologiya, habelə tullantıların təkrar emalı, innovativ yaşıl texnologiyalar sahələrində yaxşı təcrübəmiz var. Latviya bərpa olunan enerji resurslarının istehsalı üzrə Avropa İttifaqında liderlərdən biridir. Bizim sərvətimiz insanlarımız, onların bilikləri və elmdir. Biz gələcəyimizi iqtisadiyyatın rəqəmsallaşdırılması, müasir elektron idarəetmə və yeni texnologiyalarla bağlayırıq. Bizim ambisiyalarımız təməlində gələcək onilliklərdə inkişafımızı müəyyən edəcək müasir texnologiyalar duran dövlətə çevrilməkdir. Mən ümid edirəm ki, bu biznes forum gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmaq, fikir və yeni ideya mübadiləsi aparmaq üçün gözəl fürsətdir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Saakaşvili üçün çox təəssüfləndim” - Gürcüstan prezidenti

27 İyul 2017 18:59

Gündə bir ovuc çərəz yeyin

27 İyul 2017 18:59

"İstanbullu gelin"in aktrisası polis nəzarətinə alındı

27 İyul 2017 18:57

Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir

27 İyul 2017 18:53

Son 1 ildə bankların dörddə biri DDoS-hücumlara məruz qalıb

27 İyul 2017 18:47

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

27 İyul 2017 18:47

Sakinlər qanunsuz binanın tikilməsinə etiraz edir- FOTO

27 İyul 2017 18:44

Venesuelada tətil: 3 müxalifətçi öldürüldü - FOTOLAR

27 İyul 2017 18:43

Quba-Xaçmaz avtomobil yolu təmir olunur

27 İyul 2017 18:41

Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb

27 İyul 2017 18:37

Nisə Qasımova: "Yerli seriallarımızı görəndə kanalı çevirirəm"

27 İyul 2017 18:37

Miniatür robot insan bədəninə yerləşdiriləcək (VİDEO)

27 İyul 2017 18:35

Peşə təhsilində YENİLİK

27 İyul 2017 18:33

Azərbaycan XİN başçısı: "Arizona ştatı ilə əməkdaşlığın inkişafı hər iki tərəfin maraqlarına cavab verir"

27 İyul 2017 18:32

"Poqba topla rəftarına görə Messi və Ronaldodan geri qalmır"

27 İyul 2017 18:32

Prokurordan “tualet tikməyə pulum yoxdu” deyən vətəndaşa: "ARVADINI SAT" - VİDEO

27 İyul 2017 18:28

Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın

27 İyul 2017 18:27

"Qalatasaray" Luçesku xəbərini təsdiqlədi: "Görüşməyə gedirəm"

27 İyul 2017 18:27

Çipsinin hazırlanması üsulu

27 İyul 2017 18:27

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"

27 İyul 2017 18:22

Eldar Mahmudov İFADƏ VERDİ: dəhşətli hadisənin məhkəməsində BÖYÜK NARAZILIQ

27 İyul 2017 18:18

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində videogörüntüyə baxılıb

27 İyul 2017 18:17

Azərbaycanın kənd təsərrüfatı naziri UNDP-nin rezident əlaqələndiricisi ilə görüşüb

27 İyul 2017 18:17

"Barselona" prezidenti Barak Obama ilə görüşdü

27 İyul 2017 18:17

İllərə meydan oxuyan cazibədar aktrisa ALT PALTARI İLƏ rəqs etdi - VİDEO

27 İyul 2017 18:17

İlham Əliyev perulu həmkarını təbrik edib

27 İyul 2017 18:15

"Son nəfəsinə qədər məni belə sev" - Sevdadan ərinə

27 İyul 2017 18:12

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

27 İyul 2017 18:12

Yevlax xəstəxanasındakı yanğınla bağlı YEKUN MƏLUMAT

27 İyul 2017 18:09

Azərbaycan Prezidenti Perunun dövlət başçısını təbrik edib

27 İyul 2017 18:07

Nisə Qasımova rejissorluğa başlayır

27 İyul 2017 18:06

İran "Simorq" raketini sınaqdan çıxardı - VİDEO

27 İyul 2017 18:05

Moskva çayında gəzinti qayığı yandı

27 İyul 2017 18:05

İllərdir dəyişməyən 40 yaşlı İzzət Bağırov cavan qalmasının sirlərindən danışdı - FOTO

27 İyul 2017 17:58

Türkiyədə ilin transfer bombası partlayır

27 İyul 2017 17:57

Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

27 İyul 2017 17:57

Valeriya, Ani Lorak və Qlükoza da Bakıdadır - FOTO

27 İyul 2017 17:57

Dolların sabaha olan

27 İyul 2017 17:55

İran kosmosa raket göndərdi

27 İyul 2017 17:53

Bakının bu kəndi 3 gündür qaz üzünə həsrətdir

27 İyul 2017 17:52

Sinəsinə yeni silikon vurduran Asena bikinidə - FOTO

27 İyul 2017 17:52

"Övladım olmasını istəyirəm" - Günay

27 İyul 2017 17:47

Yetim Eyvazın oğlu: "Atam anama zülm verib, başqasını saxlayıb" - FOTO

27 İyul 2017 17:42

Türkiyənin məşhur turizm mərkəzi yanır: çaxnaşma düşdü, meşədə itənlər var - FOTO

27 İyul 2017 17:42

Çexiya klubu ev oyunlarını keçirdiyi stadionda pivə qutuları formasında ehtiyat oyunçular skamiyası quraşdırıb

27 İyul 2017 17:42

Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə işçi qrupunun ilk iclası keçirilib

27 İyul 2017 17:42

Mənzil İnşaatı Dövlət Agentliyi adından mənzil satan şəxslər həbs edilib

27 İyul 2017 17:42

Türkiyə 680 alman şirkətini qara siyahıya salıbmı? - Baş nazir açıqladı

27 İyul 2017 17:38

“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq

27 İyul 2017 17:35

Dünyanın ən məşhur mahnısını bir də Trampın ifasında dinləyin

27 İyul 2017 17:33