Azərbaycana gələn ukraynalılara “Türk Hava Yolları”ndan JEST - VİDEO

Azərbaycana gələn ukraynalılara “Türk Hava Yolları”ndan JEST - VİDEO
22:08 17 İyul 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

“Türk Hava Yolları” aviaşirkəti Ukraynanın paytaxtı Kiyevdə “Stopover in Istanbul” adlı kampaniyanın təqdimatını keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kampaniyadan istifadə edərək Ukraynadan İstanbula uçan tranzit sərnişinlər üçün “stopover” (dayanma) xidməti göstəriləcək.

Bu xidmətdən istifadə edən sərnişinlər İstanbulda 4 və 5 ulduzlu otellərdə pulsuz qala biləcəklər.

Ukraynadan Azərbaycan, ABŞ, Kanada, Kolumbiya, Venesuela, Panama, Kuba, Argentina, Braziliya, Böyük Britaniya, İrlandiya, Seyşel adaları, Gürcüstan, Tailand, İsrail, İtaliya, Fransa, İspaniya, Yunanıstan, Almaniya, Avstriya, Hollandiya, Çexiya, İsveçrə, Belçika və Danimarkaya uçacaq sərnişinlər “Stopover” xidmətindən yararlanacaqlar.

Ukraynanın Kiyev, Odessa, Xarkov, Lvov, Xerson və Zaporoje şəhərlərindən uçan sərnişinlər xidmətdən istifadə etmək üçün İstanbulda ən azı 20 saat qalmalı və İstanbul üzərindən gediş-gəliş biletinə sahib olmalıdırlar.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/206549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR