Kombi alarkən diqqət edilməli vacib məqamlar

Kombi alarkən diqqət edilməli vacib məqamlar
22:37 17 İyul 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Kombi mənzilinizin istilik və isti su ehtiyacını ödəyərək rahatlığınızı təmin edən cihazdır. Kombi sistemi vasitəsilə istənilən hava şəraitində istənilən mənzili isitmək və isti su ilə təmin etmək mümkündür. Bunun üçün sistemin bütün hissələrini tələb olunan qaydada yığmaq, qapalı və bütün otaqları əhatə edən su borularını çəkmək və cihaza qoşmaq kifayətdir. Nəzərə alın ki, bu cihazları qidalandıran təbii qaz və su xəttinin layihəsi müvafiq icra orqanı tərəfindən təsdiq edilməlidir. Təbii qaz və su xətləri birləşdiriləndən sonra kombi elektron idarəetmə sistemi vasitəsilə suyu tələb olunan dərəcəyə qədər qızdırır və sistemə vurur.

Kombilər yay və qış rejimində işləyir. Yay rejimində cihaz ancaq suyu isidir. Qış rejimində isə kombi suyu isitməklə yanaşı, isidilmiş suyu istilik radiatoruna verir. Kombi ölçüləri kiçik, çəkisi yüngül, az yer tutan, asan daşına bilən və səssiz işləyir.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, istehlak bazarında hazırda bir sıra xarici ölkələrdə istehsal olunmuş üç növ kombilər satılır. Bu sırada bacalı, hermetik və kompressor-kondensatorlu kombilər yer alır. Bacalı kombilər - yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda lazımsız qazları, uyğun baca vasitəsilə xaric edir. Bu halda bacaların müəyyən olunmuş standartlara uyğun olması çox önəmlidir. Hermetik kombilər - yanma üçün istifadə olunan hava ventilyator vasitəsilə xarici mühitdən alınır və yanma sonrası ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə atılır. Bu halda otağın havasını dəyişməyə ehtiyac olmur. Çünki yanma üçün otağın havasından istifadə olunmur. Kompressor-kondensatorlu kombilər təbii qaz yandırdığı zaman böyük miqdarda su buxarı əmələ gəlir. Bu növ kombilər əmələ gəlmiş buxarın enerjisini hərəkət etdirir və enerji əldə edildikdən sonra kondensator buxarını kənara atır. Adi kombilərdə istifadə olunan istilik 80-90 faiz təşkil edirsə, kompressor-kondensatorlu kombilerdə bu 105-109 faiz olur.

Kombini seçəndə evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Birinci növbədə, necə bir mal alacağınız haqqında araşdırma aparın. Tövsiyə edilən cihazın tutumunun onu istifadə edəcəyiniz yer üçün məqbul olub-olmadığı haqqında məlumat əldə edin. Bu cihazları seçərkən tanınmış istehsalçı firmaların məhsullarına və geniş texniki xidmət şəbəkəsi olanlara üstünlük verin. Eyni zamanda, kombi alarkən seçdiyiniz kombinin qiyməti ilə yanaşı, onun yanacaq sərfi və xidmət xərclərinin də əhəmiyyətli olduğunu unutmayın.

Kombilər ücün verilən zəmanət müddətinə və sertifikatının olub-olmamasına diqqət edin. Kombi üçün zəmanət müddəti istehsalçı tərəfindən müəyyən edilir. Lakin belə müddət yoxdursa qanunvericiliyə görə o ən azı 2 il zəmanətli sayılır.

Kombilər qüvvə və konturların sayına görə də fərqlənirlər. Onların gücü 12kVt-dan 35 kVt-dək qalxa bilər və müvafiq olaraq 50 kvadratmetrdən 350 kvadratmetrədək sahəni qızdırır və isti su verir.

Konturların sayına gəlincə, bir konturlu kombilər yalnız mənzillərin isidilməsi üçün istifadə olunur, iki konturlu kombilər isə istilikdən əlavə isti suyun verilməsini təmin edir.

Kombi sistemlərinin müsbət cəhətlərinə rahat və uzunmüddətli istifadəni, suyun dərəcəsinin müstəqil fərdi formada idarə olunmasını, istənilən vaxt sistemin yandırılıb-söndürülməsinin mümkünlüyünü aid etmək olar. Mənfi cəhəti isə şaxtalı havada ayrı-ayrı sahələrdə sistemdə olan suyun buzlanma riskinin olmasıdır ki, bu da ciddi qüsurlarla nəticələnə bilər.

Yeni nəsil kombi cihazlarında təhlükəsiz istifadə baxımından demək olar ki, bütün qabaqlayıcı tədbirlər nəzərə alınıb. Lakin bütün hallarda istifadə zamanı mütəmadi nəzarət olunması vacibdir. Bilin ki, kombinin davamlı işlədiyi mənzildə yetərli istilik yoxdursa, deməli ya onun tutumu aşağıdır, ya da mənzilinizin istilik izolyasiyası lazımi səviyyədə deyil. Burada, eyni zamanda, istifadə edilən radiatorun həcminin az olması və xətlərdə müəyyən problemlərin olması da rol oynaya bilər.

Bu cihazlar idxal malı olduğuna görə istehlakçılar əksər hallarda onlarda qüsur yarandıqda hara müraciət etmələri barədə çaşqınlıq yaşayırlar. Bilin ki, bu cihazların istifadəsi zamanı ortaya çıxan problemlərlə bağlı birinci növbədə onu aldığınız ticarət obyektinə müraciət edə bilərsiz. Əgər problem aradan qaldırılmazsa, onda aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət edərək istehlakçı hüquqlarınızın təmin olunmasını mövcud qanunvericiliklə tələb edə bilərsiz.

Kombi alarkən istehlakçılar tərəfindən aşağıdakı bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə, bu malları alarkən satıcı tərəfindən onların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmayın. Bu cihazları alarkən onun texniki parametrləri, təhlükəsiz istifadə şərtlərinə aid ətraflı məlumatlarla tanış olun. Kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən cihazları almayın.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Saakaşvili üçün çox təəssüfləndim” - Gürcüstan prezidenti

27 İyul 2017 18:59

Gündə bir ovuc çərəz yeyin

27 İyul 2017 18:59

"İstanbullu gelin"in aktrisası polis nəzarətinə alındı

27 İyul 2017 18:57

Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir

27 İyul 2017 18:53

Son 1 ildə bankların dörddə biri DDoS-hücumlara məruz qalıb

27 İyul 2017 18:47

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

27 İyul 2017 18:47

Sakinlər qanunsuz binanın tikilməsinə etiraz edir- FOTO

27 İyul 2017 18:44

Venesuelada tətil: 3 müxalifətçi öldürüldü - FOTOLAR

27 İyul 2017 18:43

Quba-Xaçmaz avtomobil yolu təmir olunur

27 İyul 2017 18:41

Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb

27 İyul 2017 18:37

Nisə Qasımova: "Yerli seriallarımızı görəndə kanalı çevirirəm"

27 İyul 2017 18:37

Miniatür robot insan bədəninə yerləşdiriləcək (VİDEO)

27 İyul 2017 18:35

Peşə təhsilində YENİLİK

27 İyul 2017 18:33

Azərbaycan XİN başçısı: "Arizona ştatı ilə əməkdaşlığın inkişafı hər iki tərəfin maraqlarına cavab verir"

27 İyul 2017 18:32

"Poqba topla rəftarına görə Messi və Ronaldodan geri qalmır"

27 İyul 2017 18:32

Prokurordan “tualet tikməyə pulum yoxdu” deyən vətəndaşa: "ARVADINI SAT" - VİDEO

27 İyul 2017 18:28

Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın

27 İyul 2017 18:27

"Qalatasaray" Luçesku xəbərini təsdiqlədi: "Görüşməyə gedirəm"

27 İyul 2017 18:27

Çipsinin hazırlanması üsulu

27 İyul 2017 18:27

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"

27 İyul 2017 18:22

Eldar Mahmudov İFADƏ VERDİ: dəhşətli hadisənin məhkəməsində BÖYÜK NARAZILIQ

27 İyul 2017 18:18

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində videogörüntüyə baxılıb

27 İyul 2017 18:17

Azərbaycanın kənd təsərrüfatı naziri UNDP-nin rezident əlaqələndiricisi ilə görüşüb

27 İyul 2017 18:17

"Barselona" prezidenti Barak Obama ilə görüşdü

27 İyul 2017 18:17

İllərə meydan oxuyan cazibədar aktrisa ALT PALTARI İLƏ rəqs etdi - VİDEO

27 İyul 2017 18:17

İlham Əliyev perulu həmkarını təbrik edib

27 İyul 2017 18:15

"Son nəfəsinə qədər məni belə sev" - Sevdadan ərinə

27 İyul 2017 18:12

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

27 İyul 2017 18:12

Yevlax xəstəxanasındakı yanğınla bağlı YEKUN MƏLUMAT

27 İyul 2017 18:09

Azərbaycan Prezidenti Perunun dövlət başçısını təbrik edib

27 İyul 2017 18:07

Nisə Qasımova rejissorluğa başlayır

27 İyul 2017 18:06

İran "Simorq" raketini sınaqdan çıxardı - VİDEO

27 İyul 2017 18:05

Moskva çayında gəzinti qayığı yandı

27 İyul 2017 18:05

İllərdir dəyişməyən 40 yaşlı İzzət Bağırov cavan qalmasının sirlərindən danışdı - FOTO

27 İyul 2017 17:58

Türkiyədə ilin transfer bombası partlayır

27 İyul 2017 17:57

Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

27 İyul 2017 17:57

Valeriya, Ani Lorak və Qlükoza da Bakıdadır - FOTO

27 İyul 2017 17:57

Dolların sabaha olan

27 İyul 2017 17:55

İran kosmosa raket göndərdi

27 İyul 2017 17:53

Bakının bu kəndi 3 gündür qaz üzünə həsrətdir

27 İyul 2017 17:52

Sinəsinə yeni silikon vurduran Asena bikinidə - FOTO

27 İyul 2017 17:52

"Övladım olmasını istəyirəm" - Günay

27 İyul 2017 17:47

Yetim Eyvazın oğlu: "Atam anama zülm verib, başqasını saxlayıb" - FOTO

27 İyul 2017 17:42

Türkiyənin məşhur turizm mərkəzi yanır: çaxnaşma düşdü, meşədə itənlər var - FOTO

27 İyul 2017 17:42

Çexiya klubu ev oyunlarını keçirdiyi stadionda pivə qutuları formasında ehtiyat oyunçular skamiyası quraşdırıb

27 İyul 2017 17:42

Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə işçi qrupunun ilk iclası keçirilib

27 İyul 2017 17:42

Mənzil İnşaatı Dövlət Agentliyi adından mənzil satan şəxslər həbs edilib

27 İyul 2017 17:42

Türkiyə 680 alman şirkətini qara siyahıya salıbmı? - Baş nazir açıqladı

27 İyul 2017 17:38

“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq

27 İyul 2017 17:35

Dünyanın ən məşhur mahnısını bir də Trampın ifasında dinləyin

27 İyul 2017 17:33