İlham Əliyev: "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

İlham Əliyev: "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
23:32 17 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyul. REPORT.AZ/ "Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də latviyalı həmkarı Raymonds Veyonisin adındanonun şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.
O, Azərbaycan və Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb:
"Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə start verdik.
Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır".
Prezident bildirib ki, bu gün iki ölkə arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var.
"Əminəm ki, sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan və Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcək", - deyə İlham Əliyev əlavə edib.
Dövlət başçısı regionda təhlükəsizlik məsələlərinə də toxunub:
"Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə sizə minnətdaram".
İlham Əliyev iki ölkənin tarixində oxşar məqamların olduğunu qeyd edib:
"1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri yeni yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanladılar. Bir il sonra isə Azərbaycan parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etdi.
Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar.
Humanitar əlaqələrimizin də zəngin tarixi vardır. İyirminci əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət 2013-cü ildən fəaliyyətini bərpa edib. Məşhur latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaradıblar".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda iki nəfər özünü öldürdü - biri meşədə, digəri zavodda

21 İyul 2017 10:54

Peyğəmbərlə bağlı alimlərdən SENSASİYALI ARAŞDIRMA: DƏHŞƏTDİR - FOTO

21 İyul 2017 10:53

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

21 İyul 2017 10:52

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır - VİDEO - FOTO

21 İyul 2017 10:52

Zakir Qaralov Gədəbəydə vətəndaşları qəbul edəcək

21 İyul 2017 10:52

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 10:48

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

21 İyul 2017 10:47

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 10:47

Azərbaycanlı aparıcı komaya düşdü

21 İyul 2017 10:47

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 10:44

Damlanın elə görüntüləri yayıldı ki...

21 İyul 2017 10:44

Bitkoin bir həftəyə 68% bahalaşıb

21 İyul 2017 10:42

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47

Məscidi-Aksada TERROR təhlükəsi - VİDEO

21 İyul 2017 09:43

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017 09:42

Neft ucuzlaşır

21 İyul 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

21 İyul 2017 09:42

Müğənni Damla avtomobildə rəqs etdi - VİDEO

21 İyul 2017 09:42

Auditorlar Palatası “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək

21 İyul 2017 09:37

"Qalatasaray"ın "Ostersun" faciəsi - VİDEO

21 İyul 2017 09:37