Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar

Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
00:23 18 İyul 2017
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bütün elm dünyası “Ross 128” adlı kiçik ulduzdan gələn mesajları müzakirə edir.

Publika.az xəbər verir ki, “Arecibo” rəsədxanası tərəfindən verilən açıqlamada bildirilir ki, böyük ölçüdəki teleskoplardan həmin ulduza aid siqnallar qəbul edilib.

Günəşdən 2800 dəfə daha parlaq olan “Ross 128” haqqında açıqlama verən Abel Mendez bu ulduzu 10 dəqiqə müddətində izlədiklərini və bu müddət ərzində periodik siqnallar aldıqlarını deyib.

Bu vaxta qədər heç bir göy cismindən bu tipdə siqnallar alınmadığını açıqlayan A.Mendez siqnalların başqa bir obyektdən gəlmə ehtimalını da istisna etməyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/206566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR