Prezident: “Bakı və Riqa arasında mövsümi hava reysimiz var, biz onu daimi etmək istəyirik”

Prezident: “Bakı və Riqa arasında mövsümi hava reysimiz var, biz onu daimi etmək istəyirik”
00:24 18 İyul 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

“Mənim səfərim ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm addımdır. Bu gündən etibarən LatviyaAzərbaycan strateji tərəfdaş hesab olunurlar. Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Bu, çox yüksək səviyyəli əməkdaşlıqdır və bəyannamədə bir çox sahələr, o, cümlədən iqtisadi və ticari əməkdaşlıq əhatə olunur.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı söyləyib.

 

Dövlət başçısı qeyd edib ki,  biznes forum zamanı bir neçə müqavilə imzalanacaq: “Bu müqavilələr isə bizim bu səhər cənab Prezidentlə müzakirə etdiklərimizi əks etdirəcəkdir. İqlim şəraitimizin müxtəlifliyinə görə bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik, siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir”.

 

Prezident İlham Əliyev bildirib ki iki ölkə arasınd iqtisadi əməkdaşlığın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər: “Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır. Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk”.

 

“Bizim Latviya ilə elə güclü əməkdaşlıq formatımız var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı. Bu gün biz, həmçinin biznes, turistlər, xalqlar arasında əlaqələr üçün çox vacib məsələni müzakirə etdik. Söhbət il ərzində fəaliyyət göstərəcək Bakı və Riqa arasında birbaşa uçuş reysindən gedir. İndi bizim mövsümi reysimiz var, biz onu daimi etmək istəyirik. Bu, əlbəttə ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda, biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət etmək üçün bu reysdən daha müntəzəm istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən çox cəlbedici edəcəkdir. Beləliklə, reys təkcə ölkə rəhbərliyinin qərarı ilə deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış olardı. Sizin diqqətinizi yönəltmək istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür. Çünki bizim insanlar ola bilsin qızmar yayda sərinləməyə üstünlük verir, latviyalılar isə çox güman ki, qış və digər mövsümlərdə daha çox günəşli havaya can atırlar. Buna görə də turizmə investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə çox cəlbedici etmək üçün böyük potensial mövcuddur. Lakin bunun üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz olmalıdır. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməliyik və bu, bizim münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və mənim bu səfərim buna çox vacib bir töhfədir”, deyə dövlət başçısı vurğulayıb

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əbədi həyatla bağlı insanlığın ən böyük səhfi

21 İyul 2017 10:55

Azərbaycanda iki nəfər özünü öldürdü - biri meşədə, digəri zavodda

21 İyul 2017 10:54

Peyğəmbərlə bağlı alimlərdən SENSASİYALI ARAŞDIRMA: DƏHŞƏTDİR - FOTO

21 İyul 2017 10:53

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

21 İyul 2017 10:52

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır - VİDEO - FOTO

21 İyul 2017 10:52

Zakir Qaralov Gədəbəydə vətəndaşları qəbul edəcək

21 İyul 2017 10:52

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 10:48

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

21 İyul 2017 10:47

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 10:47

Azərbaycanlı aparıcı komaya düşdü

21 İyul 2017 10:47

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 10:44

Damlanın elə görüntüləri yayıldı ki...

21 İyul 2017 10:44

Bitkoin bir həftəyə 68% bahalaşıb

21 İyul 2017 10:42

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47

Məscidi-Aksada TERROR təhlükəsi - VİDEO

21 İyul 2017 09:43

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017 09:42

Neft ucuzlaşır

21 İyul 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

21 İyul 2017 09:42

Müğənni Damla avtomobildə rəqs etdi - VİDEO

21 İyul 2017 09:42

Auditorlar Palatası “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək

21 İyul 2017 09:37