Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə - VİDEO

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə   - VİDEO
11:27 18 İyul 2017
15 İdman
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi (DTX), milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.


Fanat.Az baku.ws-ə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.


“Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, – deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.


Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mdt-quliyev-mhur-velosipedci-il-veloyurud-t59354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR