Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndində olub

Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndində olub
11:27 18 İyul 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində səfir iyulun 4-də erməni hərbi birləşmələrinin Alxanlı kəndində dinc sakinləri atəşə tutması nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Zəhra Quliyeva və nənəsi, 1966-cı il təvəllüdlü Sahibə Quliyevanın məzarlarını ziyarət edib. Nümayəndə heyəti, həmçinin Zəhra Quliyevanın ailə üzvləri ilə görüşüb, hadisənin baş verdiyi əraziyə baxış keçirib.

Səfər çərçivəsində Ş.Fayziyev hadisə nəticəsində ağır yaralanan Alxanlı kənd sakini, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın müalicə olunduğu Horadiz şəhər Xəstəxanasında olub və yaralının vəziyyəti ilə maraqlanıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/564384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR