Bakıda "Summer Party" keçirilib - FOTOlar

Bakıda "Summer Party" keçirilib - FOTOlar
12:17 18 İyul 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Excelsior Hotel & Spa Baku otelində "Summer Party" keçirilib.

Milli.Az bildirir ki, gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi oldu. Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunmuşdu. Gülümün işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. Baku Fashion Night layihəsinin daimi iştirakçısı olan dizayner, həmçinin, Most Stylish One, Baku Fashion Week layihəsində də iştirak etmişdir. Gecədə media nümayəndələri də iştirak etmiş, onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları da olmuşdur.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/564379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR