TQDK-dan XI sinif şagirdləri ilə bağlı MÜRACİƏT

TQDK-dan XI sinif şagirdləri ilə bağlı MÜRACİƏT
17:04 8 Yanvar 2015
216 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagird-məzun sisteminin əlaqələndiricilərinə müraciət edib. Lent.az-ın məlumatına görə, 2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

Bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər.

Xarici dil bölməsində "Tədris edilmir" qeydi olan şagirdlər buraxılış imtahanlarında xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR