Bu qadınların yaşını öyrənəndə çox TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTO

Bu qadınların yaşını öyrənəndə çox TƏƏCCÜBLƏNƏCƏKSİNİZ - FOTO
12:48 18 İyul 2017
Ölkə mətbuatı
A- A+

Qocalıq hər kəs üçün əsl faciədir. Dərinin qocalma prosesini ləngitmək üçün insanlar kosmetik məhsullara və digər kosmetloji müdaxilələrə hər il milyardlarla dollar pul xərcləyir.

Publika.az bu yazıda oxucuları cavan qalmağı bacaran xanımlarla tanış edib. Ən maraqlısı isə onlar şou və dəb dünyasının parlaq simaları deyil, adi xanımlardır.

Gəlin bu qadınların hekayələri ilə tanış olaq...

1. Tayvanlı ana və qızları

Bəzi insanlara valideynlərindən böyük miras qaldığına görə çox şanslı hesab olunurlar. Bəzilərini isə tanrı sağlam genetika ilə mükafatlandırır. Məsələn, bu şəkildəki tayvanlı ana və qızları görənləri heyrətə gəririr. Ana ilə qızları insanlara gənc olmadığını inandırmaq üçün son çıxış yolu kimi şəxsiyyət vəsiqələrini göstərməli olurlar. İnstaqramda da fenomen olan ailənin 433 mindən çox abunəşisi var. Şəkildə ortada dayanan qızların anasıdır, onun 63, qızlardan birinin 41, digərinin isə 36 yaşı var.

2. Bu şəkildə ananı tapın

Kaylan Mahomes anasının və əkizinin sosial şəbəkədə paylaşdığı şəkilləri sayəsində fenomen olub. Qızın məşhur olmasının səbəbi isə anasının görünüşcə qızlarından fərqlənməməsidir. Bu səbəbdən də izləyicilər şəklə üçəm adını verib. Qara dərili əkizlərin anasının 43 yaşı var.

3. Gənc nənə

İnstaqram ulduzu Jaklina ideal bədən ölçüləri və özünəməxsus cəlbedici tərzi ilə diqqət çəkir. O, dəbdəbəli həyat sürür və həyatının maraqlı anlarını sosial şəbəkədə izləyiciləri ilə paylaşır. Ən maraqlısı isə bu qadına baxanda qətiyyən inanmaq olmur ki, onun 47 yaşı və iki nəvəsi var. Blogerin bədən quruluşuna və üz cizgilərinə istənilən model həsəd aparır. Bu səbəbdən də izləyicilərin çoxu Jaklinanı instaqramın ən dəbli nənəsi elan edib.

4. Qızına bənzəmək üçün hər şeyi etdi

Şəkildəki xanımların əkiz olduğunu zənn edə bilərsiniz. Amma belə deyil. Onlardan biri Ceyn Cunliffe 22 yaşlı qızına oxşamaq üçün bir sıra estetik əməliyyat keçirib. O, buna 20 min dollar xərcləyib.

5. Hamı onu oğlunun sevgilisi zənn edir

52 yaşlı Pamela Jakobsın oğlunun instaqramda paylaşdığı fotoları görənlər gənc adamın yanındakı qadının sevgilisi olduğunu güman edir.

6. Əbədi gənclik ledisi

Картинки по запросу Masako Mizutani

Masako Mizutani adlı qadını ölkəsində "Yaponiyanın əbədi gənclik ledisi" kimi tanıyırlar. 48 yaşlı iki uşaq anası olan Masako modelliklə məşğul olur. İdeal formada qalan model bədəni ilə gənc həmkarlarına meydan oxuyur.

7. 59 yaşlı daha bir gözəl...

Jasmina Rossi modellik karyerasına gec yaşlarda başlayıb. Bir çox məşhur markanın hazırda reklam üzü olan 59 yaşlı model karyerasını başa vurmağı hələlik düşünmür.

8. Ana və qız

Bu şəkil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Səbəbi isə burada hansının ana, hansının qızı olmasını tapmaq idi. Soldakı qızın 18, sağdakının isə 38 yaşı var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/206610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR