ABŞ İrana hücum edəcək?

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Metbuat.az xəbər verir ki, ABŞ sanksiyaların tətbiqini İranın ballistik raketlərin hazırlanması proqramı və  terrorçuluğa dəstək olması ilə əlaqələndirir.

"Ağ ev" nümayəndəsinin sözlərinə görə, yeni sanksiyalar İran ordusnun güclənməsinin, Suriyada və Yaxın Şərqdəki əməliyyatlarının qarşısını almaq üçün nəzərdə tutulub.

“ABŞ İrana qarşı hərbi diversiyalara əl ata bilər”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

“Düşünmürəm ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar İrana təsir etsin. İran uzun illərdir ki, ABŞ-ın sanksiyaları altında yaşayır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarda heç bir orijinallıq yoxdur. İran “Altılıq ölkələri” (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya, Almaniya) ilə imzalanan müqavilənin şərtlərinə əməl edir. Həmin müqavilə sonradan BMT Təhlükəsizlik Şurasında da təsdiqləndi. Hələ o zaman ABŞ bildirmişdi ki, nüvə müqavilələri ilə bağlı İrana tətbiq etdiyi sanksiyaları götürür,  raket sınaqları və insan hüquqları ilə bağlı sanksiyaları isə saxlayır. Trampın sonuncu çıxışından sonra məlum oldu ki, ABŞ raket üzrə İrana qarşı sanksiyaları sərtləşdirir. Bu isə İsrailin marağını nəzərə almaq deməkdir. Hazırki dövrdə təhlükəli olan ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi deyil. Təhlükəli oaln dünən ABŞ-ın Fars körfəzində lazer silahını sınaqan keçirməsidir. Belə düşünürəm ki, bu addım İrana qarşı yönəlib. Tramp höküməti ola bilsin ki, yalnız sanksiya ilə kifayətlənməsin. İrana qarşı hərbi diversiyalara da əl atsın”.

Çox üzücü xəbər gəldi, 17 əsgər yaralıdır... - Türkiyədə / VİDEO-Oxumaq və baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR