Gəncənin "Smena" kinoteatrı özəlləşdirilib

Gəncənin "Smena" kinoteatrı özəlləşdirilib
13:57 18 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün keçirilən növbəti hərracda 12 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.
“Report” bu barədə Komitəyə istinadən xəbər verir.
Bakı şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, digər şəhər və rayonlar üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən “Smena” kinoteatrı olub. Həmin əmlakın torpaq sahəsi 604 kv.metr, ümumi faydalı sahəsi isə 519 kv.metr təşkil edir.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə şəhərində və Ağdaş rayonunda yerləşir.
Bakı üzrə hərracda özəlləşdirilmiş 7 istifadəsiz qeyri-yaşayış sahəsinin 2-si Yasamalda, 2- si Xətaidə digərləri isə müvafiq olaraq Nizami, Suraxanı və Nəsimi rayonlarında yerləşir. Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsinin biri isə Gəncə şəhərindədir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 137 kv.m-dir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 17 kv.m.-dən 71 kv.m arasında dəyişib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitəsinə isə müvafiq olaraq ən son 5 200 və 3 500 manat təklif edilib.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gencenin-smena-kinoteatri-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR