Qətərə bunu da etdilər, Türkiyə susacaqmı?

Qətər vətəndaşlarından Misir ərazisinə daxil olarkən viza tələb ediləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Qahirə Beynəlxalq Hava Limanı bəyanat yayıb. Bəyanatda qeyd olunub:

"Qətər vətəndaşlarından viza tələb olunacağı ilə bağlı bütün beynəlxalq hava limanları və sərhəd-keçid məntəqələri məlumatlandırılıb. Növbəti həftənin cümə axşamından etibarən diplomatlar da daxil olmaqla, bütün Qətər vətəndaşlarından Misirə daxil olarkən viza tələb ediləcək".

"Viza tətbiqinin arxasında Səudiyyə Ərəbistanı dayanır".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

"Dünənə qədər viza tələb olunmurdusa, artıq vizanın tələb olunması nəzərdə tutulursa, bunun arxasında böyük məqsədlər dayanır. Məsələ siyasi məqsədlərlə bağlı qabardılıb. Qətərə təzyiqin davamı kimi özünü büruzə verir. Eyni zamanda, Türkiyəyə qarşı atılan addım kimi də qiymətləndirmək olar. Qətərin dünyada faktiki olaraq hazırki siyasətini müdafiə edən Türkiyə, İran və müəyyən mənada hətta Rusiyadır. Bu cütlüyə Almaniyanı da cəlb etmək istəyirlər. Qətər siyasi rəhbərliyini sındırmaq istəyirlər. Viza rejiminin tətbiqi sındırmağın üsullarından biridir. Misir (Şarm Əl-Şeyx) Ərəb dünyasının turizm mərkəzi sayılır. Kütləvilik baxımından Ərəb ölkələrinin vətəndaşları əsasən Misirdə istirahət edir. Bu isə ölkəyə valyuta axınına şərait yaradır. Vizanın tətbiqi əslində Misir iqtisadiyyatı üçün ziyandır. Çox güman ki, Səudiyyə Ərəbistanı vizanı kompensasiya edir deyə, Misir bu qərarı verib".

"Qətər"dən sərt açıqlama: "Bu, terrordur"-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR