Şaftalı tortunun hazırlanması

Tort sevənlər, xüsusilə ad günü üçün fərqli tort resepti axtaranlar, bu xəbər sizin üçündür.

Metbuat.az şaftalı tortunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

3 ədəd yumurta

100 qr şəkər tozu

1 paket vanil

1 çay qaşığı sürtgəcdən keçiirlmiş limon qabığı

¾ stəkan kek unu

45 qr əridilmiş kərə yağı

Biraz duz

Üzəri üçün:

700 ml krem

3 ədəd şaftalı

1 yemək qaşığı pudra şəkəri

4 ədəd jelatin

100 qr qovrulmuş badam

Hazırlanması:

Yumurta və şəkər tozunu qarışdırıb çırpın. Duz, vanil və sürtgəcdən keçirilmiş limon qabığını əlavə edin. Un və kərə yağını az-az əlavə edib qarışdırın. Xəmiri qaba töküb 25-30 dəqiqə bişirin. Bişdikdən sonra qabı alıb kekin kənarlara yapışmaması üçün bıçaqla ayırın və qabın içərisində soyumağa qoyun.

Sousu üçün şaftalıları blenderdə püre halına gətirin. Qatılaşana qədər şəkər tozu əlavə edib 15-20 dəqiqə bişirin. Soyumağa qoyun. Jelatinləri içi su ilə dolu qabın içinə düzün və 5 dəqiqə saxlayın. 250 ml kremi sous qabında isidib jelatinləri əridin. 150 ml kremi mikserlə qatılaşana qədər çırpın. Şaftalı püresi ilə jelatinli kremi əlavə edib qarışdırın. Keki eninə kəsin və bir parçasını qaba yerləşdirin. Üzərinə krem qarışığını əlavə edin. Digər keki hazırladığınız şaftalı sousun üzərinə yerləşdirin və 4-5 saat soyuducuda saxlayın. Qalan kremi mikserlə qatılaşana qədər çalın. Tortu qabından çıxarın və kənarlarına kremdən sürtüb badam yapışdırın. Üzərini şaftalı dilimləri ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Dadından doymayacağınız qarpız şərbəti - Resept - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)