Bakıda "Summer Party" keçirilib - FOTO

Bakıda "Summer Party" keçirilib - FOTO
20:57 18 İyul 2017
76 Şou
Ölkə mətbuatı
A- A+

Excelsior Hotel & Spa Baku otelində "Summer Party" keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi olub.

Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunub. G.Əsədullayevanın işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. Baku Fashion Night layihəsinin daimi iştirakçısı olan dizayner həmçinin, Most Stylish One, Baku Fashion Week layihəsində də iştirak edib.

Gecədə media nümayəndələri də iştirak ediblər. Onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları da olub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/564656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR