Ağdaşda çörək sexində mübahisə qanla nəticələndi

Ağdaşda çörək sexində mübahisə qanla nəticələndi
02:38 19 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayon mərkəzində çörək sexlərindən birinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ağdaş şəhər sakini Məmmədov Valeh Məmməd oğlu çalışdığı sexin yaxınlığında bıçaqlanaraq ağır xəsarət alıb. O baş, boyun və üz nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, Valeh Məmmədov çörək sexini dostu ilə birgə şərik işlədir. Elə hadisəni dostunun əvvəllər məhkum olunmuş dayısı törədib.

Hadisəni törədən şəxsin yaxalanması üçün Ağdaş rayon Polis şöbəsi əməliyyat axtarış tədbirləri həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/206708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR