Yaşamaq və qazanmaq üçün dünyanın ən yaxşı şəhərlərindən biri

Yaşamaq və qazanmaq üçün dünyanın ən yaxşı şəhərlərindən biri
08:17 19 İyul 2017
Ölkə mətbuatı
A- A+

Abu-Dabi dünyanın 60 beynəlxalq mərkəzi arasında yaşayış və biznes üçün ən yaxşı şəraitin yaradıldığı ikinci şəhər kimi tanınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "KhaleejTimes" qəzetinin məlumatına görə, "Ipsos City Index" araşdırmalarının nəticələrinin sonuncu buraxılışında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı iki sıra irəliləyərək London və Parisi ötüb. Reytinqə Nyu-York başçılıq edir.

Reytinqin müəyyən olunması üçün dünyanın 26 ölkəsində 16-64 yaş arasında 18 mindən çox respondent sorğu edilib. Nəticələr Abu-Dabinin kommersiya istiqamətində populyarlığının yüksəlişini təsdiqləyir. Respondentlərin 21 faizi Abu-Dabini biznes üçün ən yaxşı şəhər hesab edib ki, bu rəqəm Nyu-Yorka dair göstəricidən cəmi 2 faiz aşağıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/564581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR