Azərbaycanda yol qırğını: 5 ölü, 11 yaralı

Azərbaycanda yol qırğını: 5 ölü, 11 yaralı
10:34 19 İyul 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, iyulun 18-də respublika yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə daha 11 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Bakının Binəqədi və Sabunçu rayonlarında piyadaları maşın vurub öldürüb. Ağdaş və Goranboyda isə "Hyundai" markalı avtomobillərin aşması insan itkisinə səbəb olub. Balakəndə isə iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

 

 

Hər bir faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR