Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmada xəsarət alıb

Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmada xəsarət alıb
11:52 19 İyul 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyul. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Dutertenin beş mühafizəçisi ölkədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin üzvləri ilə atışmada xəsarət alıb.
"Report" CNN televiziyasına istinadən xəbər verir ki, hadisə Mindanao adasında Kotabato əyalətində baş verib.
President mühafizəsinin 10 nümayəndəsi olan iki avtomobil nəzarət-buraxılış məntəqələrinin birində əsgər paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb. Mühafizəçilər silahlı adamların hərbçi olmadıqlarını anlayandan sonra onlara atəş açıblar. Yaraqlıları hökumət qoşunları təqib edir.
Məlumata görə, hücum zamanı ölkə prezidenti regionda olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippin-prezidentinin-bes-muhafizecisi-silahlilarla-toqqusmada-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR