Mübariz Mənsimov Polad Bülbüloğlu və Natiq Əliyevlə birgə dostluqdan yazdı

Mübariz Mənsimov Polad Bülbüloğlu və Natiq Əliyevlə birgə dostluqdan yazdı
13:52 19 İyul 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov mərhum energetika naziri Natiq Əliyev və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə birgə olan fotosunu sosial şəbəkədə paylaşıb. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Türkiyədə biznes ilə məşğul olan M.Mənsimov dostları ilə birgə şəkil paylaşaraq "Yaxşı dostlar ulduzlar kimidir. Hər zaman görmək olmur. Amma orada olduqlarını bilirsən" yazıb. 

Fotonun məclislərdən birində çəkildiyi görünür. 
 
Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin qırx mərasimi bu gün Heydər məscidində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/564861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR