Rəsmi Ankara Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallığı artırmağa çağırdı

Rəsmi Ankara Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallığı artırmağa çağırdı
13:57 19 İyul 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türkiyə Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıda fəallığı artırmağa çağırıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilən brifinqdə deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.

M.Çavuşoğlu bir daha vurğulayıb ki, Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində iyulun 4-də törətdiyi təxribatı qınayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/564881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR