Xəzər rayonunda yanğın

Xəzər rayonunda tövlə yanıb, tövlədə olan 10 baş heyvan xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 4 tonu yanıb.

Yaxınlıqda olan tövlədən 9 baş iribuynuzlu və 1 baş xırda buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yol polisini vurub qaçan şəxslə bağlı - SON MƏLUMAT - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR