Dmitri Yaroş: “Ali Radanın iclasında qumbaranı işə salacam”

17:27 8 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:23 ]

Bakı – APA. Ukraynanın “Sağ sektor” partiyasının lideri Dmitri Yaroş Ali Radanın iclasında qumbaranı işə salacağını bəyan edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, D. Yaroş jurnalistlərə açıqlamasında parlamentin növbəti iclasına qumbara ilə gələcəyini deyib.

 

O qeyd edib ki, üzərində silah olanda, özünü daha rahat hiss edir.

 

“Ukraynanın düşmənləri ilə bir zalda əyləşmək məndə diskomfort hissi yaradır. Məndə qumbara var, uzağı onu işə salacam. Ciddi deyirəm, cibimdə həmişə qumbara olur. Onların bizi – xalq deputatlarını yoxlamağa icazəsi yoxdur. Mühafizə xidmətinin əməkdaşları üzərimdə silah olub-olmadığını soruşur, mən isə deyirəm “yoxdur” və keçib gedirəm”, - deyə o vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR