Şüşə yeyən adam -

Dişləri ilə şüşəni asnlıqla qırır, çeynədikdən sonra udur...

Ağstafanın Tatlı kənd sakini Bəxtiyar Qurbanov başqalarının edə bilmədiyi edir. Möhkəm dişləri ilə şüşəni elə yeyir ki, sanki qida qəbul edir. 52 yaşlı Bəxtiyar Qurbanov bütün bunları heç bir xəsarət almadan həyata keçirir. Onun şüşə yemək vərdişləri qürbətdə olanda yaranıb. Uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb.

Bəxtiyar Qurbanov deyir ki, bu vərdişlərə, hələ gənclik illərindən, Qazaxıstanda işlədiyi zamanlarda yiyələnməyə başlayıb. Həmin vaxt amerikalı bir nəfərin bunları etdiyini eşitdikdən sonra ilk dəfə şüşə yeməyi sınaqdan keçirib. Bundan sonra isə daş və digər sərt maddalər yeməyə başlayıb.

Bəxtiyar Qurbanovun başqa bacarıqları da var. Müxtəlif musiqi alətlərində çala bilir. Eyni zamanda mebel ustasıdır və uzun müddət emalatxanada işləyib.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR