“Real”ın hücumçusu rekord məbləğə “Çelsi”də

“Real”ın hücumçusu rekord məbləğə “Çelsi”də
22:09 19 İyul 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

“Real”ın hücumçusu Alvaro Morata “Çelsi”yə keçib. Apasport.az xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb.

 

İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.

 

Yaxın günlərdə Morata “Real”ın Los-Ancelesdəki düşərgəsini tərk edib “zadəganlar”a qoşulacaq.

 

Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR