Bakıda tuneldə iki yük maşını toqquşdu, yol bağlandı

Bakıda tuneldə iki yük maşını toqquşdu, yol bağlandı
23:39 19 İyul 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki yük maşını qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov küçəsindəki tuneldə baş verib.

 

Baku Steel Company MMC-yə məxsus olan və dəmirlə yüklü “KamAZ” markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində “KamAZ” deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.

 

Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan “KamAz” yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun “Qələbə” və “20 Yanvar” dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.

 

Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR