İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya yanvarın 26-da Azərbaycana səfər edəcək

17:27 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:22 ]

Bakı. Rüfət Əhmədzadə - APA. İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya yanvarın 26-da Bakıya səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi dəvəti əsasında baş tutacaq səfər iki gün çəkəcək.

 

Qeyd olunub ki, bir sıra iranlı iş adamlarının da qatılacağı səfər çərçivəsində ikitərəfli iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, habelə, gündəmdə olan əsas məsələlər müzakirə olunacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR