"Samsung Wind-Free ilə yayın istisini komfortlu sərinliklə keçirin"

"Samsung Wind-Free ilə yayın istisini komfortlu sərinliklə keçirin"
10:05 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Nəhayət ki, yay gəldi. İstilər düşür, hava qızır, bizim ən başlıca köməkçimiz kondisioner isə, artıq bir müddətdir ki, istirahətsiz işləyir. Təəssüf ki, bir çox kondisioner modellərində optimal dərəcədə soyuq hava kütləsinin daimi təmin edilməsi mümkün olmadığından, biz tez-tez soyutma dərəcəsini azaltmaq, kondisioneri söndürmək, sonra isə yandırmaq məcburiyyətində qalırıq. Buda öz növbəsində kondisionerin tam güclə işləməsinə baxmayaraq, yetərincə sərinlətməməsindən, və ya otağın hədsiz dərəcədə soyudulmasından baş verir. Belə bir şəraitdən ən çoxu gecə saatlarında əziyyət çəkirik, temperatur dəyişikliyi üzündən tez-tez oyanırıq. Yeni Wind-Free™ sistemli Samsung kondisionerləri bu əziyyətə son qoydu. Yeni split sisteminin iş prinsipi iki pilləli soyutma prosesi üzərində qurulub. İlk növbədə otağın bütöv sahəsi Fast Cooling sürətli soyutma rejimində soyudulur, bu da o deməkdir ki, indi evinizin soyumasını saatlarla gözləmək lazım gəlməyəcək. Sonra isə siz idarə etmə pultunun köməyi ilə, kondisioneri daimi temperaturun qorunub saxlanmasını təmin edən "küləksiz" Wind-Free rejiminə keçirirsiniz.

Beləliklə, siz spit sisteminin ayarlarını dəyişmədən daim komfortlu hava şəraitindən həzz alırsınız. Amma Wind-Free-in unikallığı onun iqlim balansı yaratmaq qabiliyyətindən deyil, soyudulmaya yeni innovativ "küləksiz" yanaşmasından irəli gəlir . Bəs bu yenilik nədən ibarətdir? Soyuq hava kütləsinin 21000 mikroskopik məsamədən bərabər şəkildə paylanır və siz demək olar ki, soyuq havanın hərəkətini hiss etmirsiniz. İndi kondisioner üstünüzə soyuq hava püskürmür və sizə, sadəcə sərinlikdən həzz almaq qalır. Yeni texnologiyanın adı da buradan ilhamlanıb "küləksiz" - Wind-Free.

Bundan əlavə yeni kondisionerlərdə xüsusi "üç bucaq" konstruksiyadan istifadə edilib. Genişləndirilmiş hava qəbuledicisi, daha böyük ventilyatoru və v-formalı yönləndiriciləri sayəsində bu konstruksiya daha böyük həcmdə hava kütləsini soyutmağa imkan yaradır. Qeyd etmək lazımdır ki, bu cür konstruksiya, soyuq hava kütləsinin daha böyük əraziyə paylanmasını təmin edərək, otağın ayrı-ayrı hissələrini deyil, bütöv sahəsini soyudur.

Yeni 8-qütblü rəqəmsal invertorun əvvəlki modellərlə müqayisədə otaq sahəsinin 43% daha sürətli soyutmasına baxmayaraq, Wind-Free kondisionerləri olduqca qənaətcildirlər. İnvertor texnologiyası adi modellərdən 32% daha az elektrik enerjisi sərf edərək, tələb olunan temperaturu uzun müddət davamlı yanıb sönmədən, təmin edir. Buna səbəbdən invertorlu kondisionerlər həm uzun ömürlüdürlər, həm də daha sakit və effektiv işləyirlər.

Yeni kondisionerlər tam gigiyenikdir və nəfəs aldığınız havanın daim təmiz və sağlam qalmasını təmin edirlər. Antibakterial örtüklü Easy Filter Plus filtrı toz hissəciklərini, zərərli çirkləndiriciləri və allergenləri üzərində toplayır, Virus Doctor isə havanı 99%-ə qədər viruslar və bakteriyalardan təmizləyir. Easy Filter Plus-un xarici korpus üzərində yerləşməsi, onun rahat şəkildə təmizlənib, yenidən yerinə quraşdırılmasını asanlaşdırır.

Yeni sistemin tam şəkildə innovativ bir həll olduğundan, kondisioner Wi-Fi modul ilə də təchiz olunub. Sadəcə Smart Home əlavəsini smartfonunuza yükləyərək, siz harada olmağınızdan asılı olmayaraq kondisionerin funksiyalarını tənzimləyə bilərsiniz. Bununla da evdə olmadığınızda da split sistemi aktivləşdirə bilərsiniz.

Samsung kondisionerləri haqda daha ətraflı məlumatı "BakuElectronics" mağazalar şəbəkəsindən ala bilərsiniz.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/564984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR