"Azərtelekom"un rəhbəri dəyişdi

"Azərtelekom"un rəhbəri dəyişdi
11:43 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Azərtelekom" MMC-nin rəhbəri dəyişib.

Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.

F. Allahverdiyev "APA-Economics"ə açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Azərtelekom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. "Azərtelekom" şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkətin səhmdarları "Azərfon" MMC (95%), "Aztelekom" MMC (2,5%) və "Bakı Telefon Rabitəsi" MMC-dir (2,5%). (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/206880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR