"Orqan köçürülən xəstələrin 9-u ana olub" - Azərbaycanda

"Orqan köçürülən xəstələrin 9-u ana olub" - Azərbaycanda
11:48 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Bu gün transplantasiya sahəsində əsas problemlərdən biri xəstələrin xaricə meyil etməsidir".

Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son vaxtlar bu məsələ həllini tapmağa başlayır: “2008-ci ildən bu sahədə tətbiq edilən yenilik xəstələrin ölkəmizdə əməliyyat olunma faizini artırıb. 2007-2008 xəstələrin 40 faizi xaricdə əməliyyat edirildisə, bu gün bu rəqəm 5 faizə enib. 5 faiz xaricdə əməliyyat sayı baxımdan çox böyük rəqəm deyil, normal qəbul edə bilərik. Qeyd etməliyəm ki, bu günə qədər ölkəmizdə 107 xəstəyə qaraciyər və 356 xəstəyə böyrək köçürülüb”.

M.Kazımı bildirib ki, ölkəmizdə transplantasiya sahəsində əldə edilən nəticələr dünya standartları ilə eynidir və transplantoloji cəmiyyətlər tərəfindən qəbul edilib: “Dünyada çox az ökələrdə icra edilən həm maddi, həm də kadr potensialı baxımdan çətin və bahalı əməliyyatlar ölkəmizdə tətbiq edilib.Artıq transplantasiya sahəsində Avropa cəmiyyətləri içərisində yer tuturuq. Hələ 2008-ci ildə Qafqaz və Orta Asiyada ilk dəfə məhz Azərbaycanda canlı donordan qaraciyər transplantasiyası həyata keçirilib. Bu vaxta qədər orqan köçürülən xəstələrin 9-u ana olub. Əməliyyat etdiyimiz xəstələrimiz arasında müəllim, həkim, normal həyatına qayıdıb təhsilini davam etdirənlər də az deyil. Orqan köçürmə əməliyyatını gözləyən xəstələri özlərindən başqa heç kim anlaya bilməz. Onlar nə zaman dünyalarını dəyişəcəklərini gözləyirlər”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/206881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR