Gülbahar: "Gözümün yaşı imkan vermir ürəyimi boşaldım" - FOTO

Gülbahar: "Gözümün yaşı imkan vermir ürəyimi boşaldım" - FOTO
12:12 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Qarmon ifaçısı Gülbahar Şükürlünün anasının dünyasını dəyişməsindən 6 il ötür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, musiqiçi anasının şəklini İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:

"6 ildir sənsizəm. Ana haqqında mahnılar, muğamlar səslənəndə ürəyim parçalanır. Çox şəkillərin var, amma bu foton mənə doğmadır. Bu şəkli çəkdirəndə bir yerdə idik. Mənim musiqi sevən anam. Ürəyim elə doludur ki... Gözümün yaşı imkan vermir ürəyimi yazmaqla boşaldım. Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, Allah o dünyanı versin. Rahat yat şirin anam, qayğıkeş, möhlətkeş anam. Sənə qurban olaram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/565053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR