"Bu əməliyyat qəbuledilməzdir" - Mircəlal Kazımi AÇIQLADI

"Bu əməliyyat qəbuledilməzdir" - Mircəlal Kazımi AÇIQLADI
12:18 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

“Qara transplantologiya bütün dünyada var. Lakin bu vaxta qədər qara transplantasiyanın qurbanı olan şəxslərlə şəxsən qarşılaşmamışam”.

Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi jurnalistlərə açıqlamasında deyib.

M.Kazımi bildirib ki, bu cür əməliyyatlar təkcə tibb yox, həm də hüquqi baxımdan da qəbuledilməzdir: “Bizdə də bu cür əməliyyatlar qəbul edilmir. Respublikada qara transplantologiya barəsində məlumatım mediadan aldıqlarım qədərdir. Şəxsən qara transplantoloqların işi ilə qarşılaşmamışam. Düzdür, bütün dünyada transplanstasiya olunan xəstələr daimi müayinə edilməlidir. Bizim xəstəxanayamüayinə üçün gələn xəstələr yalnız bizim mərkəzdə əməliyyat edilənlərdir. Bizim əməliyyat etdiyimiz xəstələr hamısı qohum donorlar olub, bu vaxta onların səhhətində problem yaşamamışıq”.

M.Kazımi bildirib ki, bütün dünyada olduğu kimi bizdə də xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir: “Burada alternativ məqam meyitdən transplantasiyaya ehtiyac yaranır. Səhiyyə Nazirliyi yanında bununla bağlı Komissiya yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə bizdə də meyitdən orqan transplantasiyasına başlanılacaq. Çünki qaraciyər və böyrəkdən başqa digər orqanlarda canlı donordan istifadə etməmək çətinliyi var”.

Əməliyyatların qiymətinə gəldikdə, M.Kazımi tək orqan köçürməsi deyil, digər tibbi xidmətlərdə ölkəmizdə qiymət artım olmadığını dedi: “Əvvəlki qiymətlər öz aktuallığını qoruyur. Bizim xəstəxanada bu əməliyyatlar üçün müəyyən edilən qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilmiş rəqəmlərdir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/206887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR