AIF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

AIF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
15:07 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ Sabah Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin (AİF) AZ2019008682 dövlət qeydiyyat nömrəli, adlı, sənədsiz, faizli istiqrazlarının kütləvi satışı üzrə növbəti hərrac keçiriləcək.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılacaq.
Qiymətli kağızlar 1 008,83 manat qiymətlə təklif olunacaq. Sifariş təklifdən çox olsa mütənasib qaydada təmin ediləcək.
Qeyd edək ki, istiqrazlar 7 560 gün dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3%-dir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aif-in-istiqrazlarinin-novbeti-hissesinin-yerlesdirilmesine-baslanilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR