“İranda azərbaycanlı nazirlərin sayı artmalıdır” - Qazipur

“İranda azərbaycanlı nazirlərin sayı artmalıdır” - Qazipur
15:17 20 İyul 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

İran Milli Məclisinin Azərbaycan əyalətinin Urmiya millət vəkili Nadir Qazipur prezident Həsən Ruhaniyə yeni quracağı 12-ci kabinetdə daha çox türk əsilli nazirlərə yer verilməsiylə bağlı müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Qazipur deyib ki, kabinetdə türk soylu (azərbaycanlı) nazirlərin sayı artmalıdır:

"Əgər belə olmazsa, Ruhani hökuməti türklərin yaşadığı yerlərdən vəkil olan türk əsilli 110 deputatdan səs vermə üçün "bəli" səsi gözləməsin... İran əhalisinin təxminən 50 faizi türkcə (Azərbaycanca) danışır. Məclisə tövsiyə ediləcək yeni Təhsil naziri Konstitusiyanın 15 və 19-cu maddələrinin tətbiqi, məktəb və universitetlərdə azərbaycanca təhsili reallaşdırmağın lazım olduğunu bilməlidir".

Qeyd edək ki, İran Milli Məclisində 290 millət vəkili var. Prezident Həsən Ruhaninin avqustda yeni kabinetlə bağlı şərhi gözlənilir.

İran Konstitusiyasının 19-cu maddəsində millətin bütün fərdlərinin, hansı qövm və qəbilədən olursa olsun, bərabər hüquqlardan yararlanacağı, rəng, irq, dil ayrı-seçkiliyi olmamasını ehtiva edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/565141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR