RF XİN-dən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə AÇIQLAMA

RF XİN-dən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə AÇIQLAMA
15:27 20 İyul 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüş yeri hələ müəyyən edilməyib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.

O qeyd edib ki, bundan əvvəl "İzvestiya" qəzetində XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil:

"ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələrində dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/565146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR