Səfir: "Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib"

Səfir: "Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib"
16:57 20 İyul 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Türkiyə səfirliyində, Ankarada 15 iyul hərbi çevriliş cəhdinin ildönümündə iştirak edən Azərbaycan mətbuatının nümayəndələri ilə görüşü zamanı səfir Erkan Özoral deyib.

Özoral qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman artan xətt üzrə inkişaf edib və bu əlaqələr bundan sonra daha da möhkəmlənəcək.

Səfir qeyd edib ki, keçən il 15 iyulda Türkiyədəki hərbi çevriliş cəhdi Türkiyə dövləti ilə yanaşı, ümumilikdə türk xalqına qarşı atılan bir addım idi.

O deyib ki, Azərbaycanın gücü Türkiyənin gücüdür: "Yetər ki, birlikdə olaq. Azərbaycan daim Türkiyəyə dəstək verib. Azərbaycanın da problemi Türkiyənin problemidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/565179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR