“Barselona” FİFA ilə əməkdaşlığa son qoyub

17:32 8 Yanvar 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:31 ]


Bakı – APA. “Barselona” FİFA ilə əməkdaşlıqdan imtina edib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Kataloniya klubunun prezidenti Xosep Bartomeu verib.

 

“Barselona”nı bu addımı atmağa vadar edən səbəb kluba qoyulan transfer qadağasıdır. Belə ki, “Barsa” 2016-cı ilin yanvar ayına qədər yeni transfer etmək hüququndan məhrum edilib. “Bu sanksiya müddətində biz FİFA-nın hər hansı bir addımını dəstəkləyə bilmərik” - deyə, Bartomeu bildirib.

 

Qeyd edək ki, Xosep Bartomeu yanvarın 12-də İsveçrənin Sürix şəhərində təşkil ediləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində də iştirak etməyəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR