SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində nəzarət auditi keçirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində nəzarət auditi keçirilib
17:47 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 19-20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Türk Akkreditasiya Təşkilatının nümayəndələri tərəfindən növbəti auditin keçirilməsi ilə bağlı müvafiq mütəxəssislərin iştirakı ilə toplantı keçirilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, TTSİ-nin rəisi Fuad Süleymanov auditorların nəzərinə çatdırıb ki, idarə qaynaq texnologiyalarını beynəlxalq standartların tələblərinə uyğun şəkildə tətbiq edir, kollektiv və fərdi müraciətlərə əsasən TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartlarının tələb və şərtlərinə uyğun olaraq müxtəlif qaynaq metodları üzrə qaynaqçı personalı üçün nəzəri və praktiki sınaqlar keçirir. 
Bu sınaqlardan müvəffəqiyyətlə çıxan qaynaqçılara SOCAR və ya beynəlxalq TÜRKAK loqolu sertifikatlar təqdim olunur. Baş auditor, Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Seher Batur və TURKAK-ın texniki mütəxəssisi Özlem Karamanın iştirak etdikləri toplantıda auditin keçirilmə proseduru haqqında məlumat verilib.
İkigünlük audit zamanı TTSİ-nin müvafiq fəaliyyət sahələri yoxlanılıb, auditorlar görülən işləri müsbət qiymətləndirilib və akkreditasiya müddətinin davamına qərar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/telim-tedris-ve-sertifikatlasdirma-i-daresinde-nezaret-auditi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR