""Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir"

""Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir"
17:57 20 İyul 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Borussia"nın direktoru Hans-Yoahim Vatzke komandanın əsas qol silahı Pyer-Emerik Obameyanqın heç yerə getmədiyini təsdiqləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 58 yaşlı funksioner "Milan"ın qabonlu forvarda açıq marağını da qınayıb.

"Onun agenti ilə danışıqları davam etdiririk. Aramızda hər zaman açıq münasibət olub. Heç bir anlaşılmazlıqdan söhbət gedə bilməz. Göstərdiyi nəticələrə görə Obameyanqa düzgün yanaşmışıq. Bəzən "Borussia" strategiyasını planlaşdırmalı olur. Başqa komandanın çalışdırıcısı: "Belə futbolçunui alsaydıq, yaxşı olardı" - deməməlidir. "Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir. Obameyanq "Milan"a qarşı oyunda komandasının çıxışından, yəqin ki, razı qaldı. Biz də onun "Borussia"nın bir hissəsi olduğuna görə məmnunuq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR