İƏT donor ölkə kimi Azərbaycanın təşkilata üzv olan ölkələrdə fəaliyyətini təqdir edib

İƏT donor ölkə kimi Azərbaycanın təşkilata üzv olan ölkələrdə fəaliyyətini təqdir edib
17:57 20 İyul 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İslam həmrəyliyi ili elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin, donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-et-donor-olke-kimi-azerbaycanin-teskilata-uzv-olan-olkelerde-fealiyyetini-teqdir-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR