Sarımsaq ilə kürək ağrılarından xilas olun

Kürək ağrıları idmanla məşğul olarkən, hər hansı idman hərəkətinin səhv edilməsi nəticəsində və yaxud hər hansı xəstəliyin əlaməti olaraq meydana çıxa bilər.

Metbuat.az xəbər verir ki, bu ağrılardan xilas olmaq üçün xalq təbabəti üsullarından istifadə edə bilərsiniz. Qeyd edək ki, bu üsulları tətbiq etməzdən əvvəl həkim müayinəsindən keçməyiniz məsləhətdir.

Kürək ağrılarından xilas olmaq üçün təbii antibiotik sarımsaqdır. İlk olaraq 2 ya da 3 diş sarımsağı hər gün acqarına yeyin. Bu üsul qısa müddətə kürək ağrılarını azaldır. Digər üsul isə sarımsaq yağıdır. Sarımsaq yağını kürəyin ağrıyan hissəsinə dairəvi hərəkətlərlə masaj edərək sürtün. Sarımsaq yağı kürək ağrısının keçməsinə yardımçı olur.

Sarımsaqla kürəyinizə tətbiq edəcəyiniz digər qarışıqda isə Hindistan qozu yağına ehtiyacınız olacaq. Bunun üçün 8 ya da 10 ədəd əzilmiş sarımsağın içərisinə 1 çay qaşığı Hindistan qozu yağı əlavə edin. Sarımsaqları qəhvə rəngi olana qədər isidin. İlıq hala gəldikdən sonra qarışığı kürəyinizə sürtün. Təxminən 20-30 dəqiqə kürəyinizdə saxlayın. Daha sonra ilıq duş qəbul edin.

Aysel Yaqubqızı / Metbuat.az

Bu vitamin çatışmazlığı körpələrdə ciddi xəstəliyə səbəb olur - HƏKİM RƏYİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR