Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı
18:12 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Transanadolu qaz kəmərinin (TANAP) tikinti işləri 77,3 faiz başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, TANAP Azərbaycan, Türkiyə və Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm layihədir.

R.Abdullayevin sözlərinə görə, boru kəmərinin inşası sürətlə davam edir: "Türkiyəyə TANAP ilə təbii qazın ilk hissəsi 2018-ci ilin birinci yarısında çatdırılacaq".

SOCAR prezidenti bildirib ki, layihənin dəyəri təqribən 8,5 milyard dollar təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR