Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər
18:12 20 İyul 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ Ermənistanın Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Qarabağda hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra Hadrut hospitalına yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hakimiyyətə müraciət edib.
"Report"un xəbərinə görə, o bildirib ki, tibb müəssisəsində yerləşdirilən yaralılar və xəstələr normal müalicə olunmur və onlara ixtisaslı yardım göstərilmir. Əksər hallara valideynlər uşaqlarının müalicəsi üçün şəxsi vəsaitləri hesabına dərman və digər tibbi ləvazimatlar alırlar.
Müraciətinin sonunda A.Atanesyan sosial şəbəkə istifadəçilərini hakimiyyətə etibar etməməyə, hospitalda müalicə olunan hərbi qulluqçulara maddi və mənəvi dəstək göstərmək üçün fəal olmağa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/yarali-ermeni-herbcilerinin-yaxinlari-hospitalda-gosterilen-munasibetden-sikayet-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR